EN

KİV: Suriyada yeni hökumətin formalaşdırılması Məhəmməd Bəşirə tapşırılacaq

Suriyada iqtidara gələn müxalifətin ölkədə yeni hökumətin qurulmasını Məhəmməd Bəşirə həvalə edəcəyi gözlənilir.

Azreform.info “Report”a istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı mənbələrə istinadən məlumat yayıb.

“Bəşirə keçid mərhələsinə rəhbərlik etmək üçün yeni hökumətin tərkibini formalaşdırmaqla bağlı tapşırıq veriləcəyi gözlənilir”, - məlumatda deyilir.

Qeyd olunur ki, Məhəmməd Bəşir ixtisasca mühəndisdir. 2024-cü ilin yanvarından Suriya müxalifəti onu həmin vaxt nəzarət altında olan ərazilərdə baş nazir təyin edib. Bundan əvvəl isə o, müxalifət idarəetmə orqanında inkişaf və humanitar məsələlər naziri vəzifəsində çalışıb.

Xatırladaq ki, daha əvvəl Suriya müxalifəti onun rəhbərlik etdiyi yeni idarəetmə orqanının 18 aylıq keçid dövrü üçün nəzərdə tutulduğunu, o cümlədən yeni konstitusiyanın hazırlanmasına 6 ay vaxt ayrılacağını bildirmişdi.

Chosen
15
3
azreform.info

4Sources