EN

Səfərbərlik Xidmətinin tenderinin qalibi ölkədən çıxarılan valyutanı geri qaytarmayıb

“Feniks Tekstil Supply” MMC cərimələnib.

 

Pravda.az-ın xəbərinə görə, Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar açıqlanıb. Məhkəmə qərarına əsasən, şirkət cərimələnib.

 

Xatırlatma: Azərbaycan Mərkəzi Bankı protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Qeyd: Şirkət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ötən il elan etdiyi “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tələbatı üçün hərbi geyim forması və ləvazimatının satınalınması” tenderinin qalibi olub. MMC-yə 796 960 manat ödənilməsi nəzərdə tutulub.

 

Xəyal Quliyev

Tarix: 10 Dekabr 2024, 07:58   
Chosen
38
pravda.az

1Sources