Pentaqon Suriyada kimyəvi silahların olması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və bildirib ki, onların öz qoşunlarına və ya mülki şəxslərə qarşı istifadəsinin qarşısını almağa çalışır...
Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq mətbuat brifinqində bildirib.
“Məqsədimiz bu silahların mülki şəxslərə və ya ABŞ qüvvələrinə və onların bölgədəki müttəfiqlərinə qarşı istifadə edə biləcək şəxslərin əlinə keçməməsini təmin etməkdir”, deyə Sinq vurğulayıb.
Pentaqonun sözçüsü vurğulayıb ki, ABŞ ordusu bu əməliyyatda birbaşa iştirak etmir və müttəfiqləri vasitəsilə hərəkət edir.
“Bizim təcrübəmiz var və bu silahların yanlış əllərə keçməsinin qarşısını almaq üçün tərəfdaşlarla işləyirik”, deyə Penatqon rəsmisi əlavə edib.
Poliqon.info