EN

Suriyada əhalinin siyahıyaalınması keçiriləcək, yeni Konstitusiya təsdiqlənəcək

Keçid prosesindən sonra Suriyanın yeni administrasiyası əhalinin siyahıyaalınmasını, yeni Konstitusiyanın təsdiqlənməsini və azad seçkilərin keçirilməsini nəzərdə tutan "yol xəritəsi"ni elan edəcək.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti öz mənbələrinə istinadən yazıb.

"İndi yeni Suriyanın qurulması vaxtıdır. Müvəqqəti administrasiya yaradıldıqdan sonra "yol xəritəsi" elan ediləcək. Yeni konstitusiyanın yaradılması, əhalinin siyahıyaalınması və azad seçkilərin keçirilməsi prosesi təşkil ediləcək", - nəşr yazıb.

Daha əvvəl Suriyada dövlət televiziyasının binasını tutan silahlı müxalifət nümayəndələri efirdə ölkədə nəzarəti ələ keçirdiklərini bəyan ediblər. Suriya Prezidenti Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvaya gəlib, Rusiya onlara sığınacaq verib.

Chosen
17
3
far.az

4Sources