EN

Bəşər Əsəd 135 milyard dollarla qaçıb? - Kəşfiyyatçı elə şeylər açıqladı ki...

Noyabrın 27-si Suriyada Bəşər Əsəd rejiminə qarşı əməliyyata başlayan silahlı müxalif qruplar 12 gün ərzində hətta döyüşmədən bir çox şəhəri ələ keçirməsi ilə yanaşı, ölkə başçısı Bəşər Əsədin Rusiyaya necə qaçması dünya mətbuatının gündəmindən düşmür.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Suroya kəşfiyyatının rəsmsi Rusiyaya qaçan Bəşər Əsədin özü ilə nə qədər pul apardığı haqda sensasion açıqlama verib.

Suriya kəşfiyyatından Xalid Beyye bildirib ki, Əsəd Rusiyaya 135 milyard dollar məbləğində vəsait qaçırıb: "Ümumiyyətlə, İdlibdə ilk hücum başlayandan sonra ordu və kəşfiyyat daxilində ciddi qarşıdurma oldu. Rusiyayönlü komandirlərlə İranın dəstəklədiyi komandanlıq üz-üzə gəldi, hətta ara-sıra əlbəyaxa davalar da oldu. İlk dava Hələb komandiri general Məhəmməd Səfadlı ilə Rusiyaya sadiq generalı Süheyl Həsən arasında olub. Bundan qısa zaman sonra isə ordu ilə Kəşfiyyat qurumları arasında da rabitə kəsildi. Heç bir tərəf digərini məlumatlandırmadı. Məlumat axını dayandı, yəni. Bununla da Hələb və ardıycan paytaxta qədər uzanan qısa və sürətli hərəkat qalib gəldi..."

Firudin Səfərli
MİA.AZ

Chosen
26
1
mia.az

2Sources