EN

Türkiyədən Suriyaya böyük kök: Yayladağı açıldı

Türkiyə ev sahibliyi etdiyi milyonlarla suriyalı miqrantın təhlükəsiz və könüllü qayıtmasını təmin etmək üçün Suriya ilə sərhədindəki Yayladağı keçidini açır.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İstənilən yüklənmənin qarşısını almaq və gediş-gəlişi asanlaşdırmaq üçün Yayladağı sərhəd-keçid məntəqəsini açırıq. Biz miqrantların könüllü qayıtması prosesini də idarə edəcəyik”, - o bildirib.

Qeyd edək ki, keçid məntəqəsi 2013-cü ildən sərhəd yaxınlığında döyüşlər səbəbindən bağlanıb.

8 dekabrda Əsədin devrilməsindən sonra suriyalı qaçqınların öz vətənlərinə böyük köçü başlayıb.

Chosen
50
3
axar.az

4Sources