EN

SEPAH çaşqınlıq içində - Qaani İSTEFAYA GÖNDƏRİLİR

İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) Dəməşqdəkı hadisələrdən sonra ciddi çaşqınlıq içindədir.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, komandirlər Tehranın Suriyadakı əsas müttəfiqi Bəşər Əsədi dəstəkləyən SEPAH qüvvələrinin Dəməşqə yardım göndərməməsinin səbəbini aydınlaşdıra bilmirlər.

Bu vəziyyət İranın Suriya üzərindəki strateji mövqelərini itirməsinə və həmçinin bölgədəki əməliyyatların uğursuz olmasına yol açıb.

Məlumatda bildirilir ki, Tehranda bu gün qapalı iclas keçiriləcək və iclasda SEPAH komandanı iştirak edəcək. İclasda SEPAH-ın Suriya siyasəti və hadisələrin gedişatı ilə bağlı vacib müzakirələrin aparılması gözlənilir.

İranın ən mühüm hərbi birləşmələrindən biri olan "Qüds" qüvvələrinin komandanı, general İsmail Qaaninin istefaya göndərilməsi ehtimalı da gündəmdədir.

Onun istefası İranın Suriyada və Yaxın Şərqdəki strateji qərarlarına daha geniş təsir göstərə bilər.

Məlumata görə, SEPAH-ın Suriya məsələsindəki qərarsızlığı, İranın bölgədəki təsirinin azalmasına və strateji mövqelərinin zəifləməsinə səbəb ola bilər.

Musavat.com

Chosen
24
musavat.com

1Sources