EN

Əsədin zindanından turşu ilə həll olunmuş cəsədlər tapıldı - VİDEO

Əsəd rejiminin devrilməsindən sonra yerin altına metrlərlə uzanan zindanları ilə gündəmə gələn Sednaya həbsxanasından dəhşətli xəbərlər gəlməyə davam edir. 

News24.az Haberler-ə istinadən xəbər verir ki, metrlər altında insanların diri-diri həbs edildiyi həbsxanada turşu ilə həll edilərək öldürülən məhbusların cəsədləri tapılıb.

Cəsədlərinin turşu ilə həll edildiyi kütləvi məzarlıqda yalnız skeletlərin qaldığı müəyyən edilib. 

Onu da qeyd edək ki, Suriyada işgəncə bazası olaraq bilinən həbsxananın birdən çox yeraltı mərtəbədən ibarət olduğu təxmin edilir. Fasiləsiz çalışan qruplar aşağı mərtəbələrə çıxmağa çalışırlar.

Həbsxanadan görüntüləri təqdim edirik:

Günel Məlikzadə

Chosen
43
1
news24.az

2Sources