EN

Ağ Ev İsrailin Suriyanı işğalına və PKK/YPG-yə dəstəyini açıqladı

ABŞ İsrail ordusunun Colan (Qolan) təpələrindəki bufer zonanı keçərək Suriya ərazisinə daxil olmasını dəstəkləyib.

Azreform.info xəbər verir ki, bu barədə açıqlama verən ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller İsrailin Suriya ərazisinə daxil olmasını “müvəqqəti vəziyyət” adlandırıb.

Suriyadakı son hadisələri və rejimin çöküşünü dəyərləndirən Miller İsrailin Colan təpələrini ələ keçirməsini şərh edərək deyib ki, Suriya ordusu danışıqlar mövzusu olan İsrail-Suriya tampon zonası ətrafındakı mövqelərini tərk edib. "Bu da İsraili potensial olaraq təhdid edəcək bir boşluq yaradıb. Düşünürəm ki, hər bir ölkə, xüsusən də Suriyada indiki kimi qeyri-sabit vaxtlarda, sərhədində terror təşkilatları tərəfindən doldurula biləcək mümkün boşluqdan narahat olardı”,- Miller qeyd edib.

O eyni zamanda İsrailin hərəkətlərinin “müvəqqəti” olduğunu bildirib.

Ağ Ev təmsilçisi eyni zamanda Suriyanın Münbiç bölgəsində hərbi müxalif qüvvələrlə terror təşkilatı PKK/YPG arasında baş verən qarşıdurma ilə bağlı ABŞ-nin mövqeyini açıqlayıb. "Biz heç kimin bu qeyri-sabitlik dövründən istifadə edib Suriya daxilində öz mövqelərini irəlilətməyə çalışmasını istəmirik. Bunu hamıya açıq şəkildə bildiririk", - o bildirib.

Miller onu da əlavə edib ki, ABŞ bundan sonra da terror təşkilatı PKK/YPG, o cümlədən SDQ (Suriya demokratik Qüvvələri) ilə əməkdaşlığını davam etdirəcək və bununla bağlı mövqelərində hər hansı dəyişiklik yoxdur.

Mürtəza
Azreform.info

Chosen
49
50
azreform.info

10Sources