EN

Azərbaycanlı karateçi Almatıda dünya çempionu olub

Azərbaycanlı karateçi Nəzrin Hacıyeva Qazaxıstanın Almatı şəhərində keçirilən kyokuşin-kan üzrə dünya çempionatının qalibi olub.Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən sayta verilən məlumata görə, o, mundialın qızıl medalını qazanıb.Təmsilçimiz 14-15 yaş qrupunda, 45 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edib. Millinin digər üzvü, Xətai İdman Mərkəzinin yetirməsi Cəmil Kazımlı (+65 kq) da fəxri kürsüyə qalxıb. Dünya Qran-prisinin gümüş medalçısı bu dəfə 3-cü yeri tutub.Qeyd edək ki, millimiz yarışa Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadovun rəhbərliyi altında yollanıb.Gununsesi.info

Chosen
455
22
gununsesi.info

10Sources