Fələstinin radikal HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Qəssam” qruplaşması dörd liderinin öldüyünü təsdiqləyib.Gununsesi.info xəbər verir ki, bu barədə HƏMAS-ın teleqram kanalında dərc olunan məlumatda deyilir.Öldürülənlər arasında Vael Rəcəb, Rafaat Salman, Ayman Siyam və Şimal Briqadasının komandiri Əhməd əl-Qandur da var.İsrail tərəfi isə bəyan edib ki, Fələstinin HƏMAS radikal təşkilatının silahlı qüvvələrinin 10-dan yüksək rütbəli komandiri məhv edilib.İsrail və HƏMAS hərəkatı arasında müharibə oktyabrın 7-dən davam edir. İsrail 1,4 min, Qəzza zolağında isə 7 mindən çox fələstinlinin həlak olduğu bildirilir.Gununsesi.info