EN

Türkmanlar nə sünidir nə şiə: Onlar Türkdür

Suriyada TürkmenEli dövləti xoş gəldin.

Suriyada Bəşər Əsəd kimi diktatorun sonunun olması və Əsəd ailəsinin uzun illər yaratdığı ailə rejimi məhv edildi

Dünya mediasında TürkmenEli adlı dövlətin ərazidə yaradılması barədə məlumatlar gedir və hətta xəritələr də yayılır.

Bəzi müəlliflər problemə dini don geyindərməyə cəhd edir, F.Köprülü, Z.Gökalp kimi şəxslərə istinadlar verirkər. Əzizlərim onlar bu mənbəni ərəb tarixiçisi Biruniyə əsalananlılar. Ərəb müəllifi də qədim tarixə malik olan Türkmənlərin yaranmasını dar çərçivəyə salmaq istəyirlər. Hürəmiyyə dövləti və onun başçısı Babək onlara elə dağ çəkməyib ki, ərəblər türklər, Azərbaycan oğuzları barədə xoş nəsə desinlər...

Yanlış olaraq Türkman sözünü Türk-İman kimi qələmə verənlər iddia edirlər ki, guya hazırda İraq torpaqlarında zülm çəkən Türkmanlar ilk islamı qəbul edən oğuzlardır və onlar Tenqriyə sitayiş edən oğuzlardan ayrılaraq Müsəlman-Oğuzlardır. Buna görə İraq və Surya ərazisində baş verən hadisələrdə dini don geyindirib şiə sünni söhbəti salanlar sadəcə İranın adamlardır.

Türkmanlar barəsində İslam Ensiklopediyasında deyilir:

"İraq Türkmanları, yə'ni Oğuzcanın Azəri Türkcəsini qonuşan Türklər" .

Türkmanların ikibaşlı qartal simvolu:

“Biz şərqə də, qərbə də hökm edən xalqıq”-deməkdir..

Bə'zi xırda-para fərqləri nəzərə almasaq, İraq Türkmanlarının ləhcəsi Azərbaycan dilindən fərqlənmir. Onlarla söhbət zamanı bunun əyani şahidi olmaq olar. Bütün faktlar, dil, ənənə, musiqi, folklor, mətbəx, inanc və digər eynilik Türkmanların məhz Azərbaycan Türkləri olmasını təsdiq edir.

Bu coğrafiyada Azərbaycan Türklərinin məskunlaşması eramızın VII əsrinə təsadüf edir. İlk zamanlar əsgəri bir heyət olaraq Bağdadda xidmət edən Azərbaycanlılar sonradan ciddi nüfuz qazanıblar və həmişəlik burada yaşamalı olublar. Xüsusilə də, xəlifə Mötəsim öz ətrafına xeyli Azərbaycan Türkü toplamışdı. Onun bu hərəkətinə qarşı Ərəblər arasında yaranan e'tiraz və qalxa biləcək mübarizə dalğasından qorunmaq məqsədilə Bağdaddan 120 kilometrlikdə yerləşən Samarra - "Surra man raa" şəhərini saldıran Mötəsim paytaxtı oraya köçürür. Beləliklə, İraqda Azərbaycanlıların və digər Türk xalqlarının ilk böyük koloniyası yaradılır.

İŞİD teror qruplaşması ilə yanaşı Əsəd rejimi ilə çarpışan türkmanlar azad edilən qəsəbələrdə Türkman bayrağı ilə yanaşı Azərbaycan bayrağının da dalğalandırır.

Əlbətdə biz çox istəyirik ki, türkmanlar orda kürd, ərəb, amerika, rus və digərlərinin zülmündən azad olub müstəqil dövlət qursunlar. Amma onlara yapışdırılan saxta adla yox. Min illər boyu tarixi olan bir TÜRK-MƏN adlı ilə öz dövlətlərin yaratsınlar.

Əzizilərim superetnos olaraq türkmənlərin pərdə arxasında qalmasının başqa bir şəkli onun Türkmənistan türkmənləri ilə eyniləşdirilməsi şəklində baş verir. Belə araşdırmalarda Türkmənistan türkmənləri bir etnos olaraq oğuzlardan fərqləndirilsə də, böyük türkmənlərə bərabər tutulur və bu, türkmənlər haqqında tarixi materialın Türkmənistan türkmənlərinin etnogenezinin öyrənilməsinə sərf olunması hesabına baş verir. Lakin bu da yanlış yanaşmadır. Göytürk torpaqlarından köç edərək Qərbi Türk torpağına (Azərbaycana ) gələn Türkmənlərin hazırkı Türkmənistanda yaşayan türkmənlərə aidiyyatı yoxdur. Məhz bu gün İraqda zülm çəkən Türkmənlər Azərbaycan xalqının etnogenezini təşkil edən oğuzların bir boyudur. Sizlərə bir xəritə təqdim edirəm.

740-cı ilə aid avropalıların çəkdiyi xəritə diqqətimizi çəkən isə Azərbaycan Ərazisinin Türkomaniya adlanmasıdır. Bu bir daha sübut edir ki Azərbaycan bütün tarix boyu Türk yurdu olmuşdu və Azərbaycanın bir çox hallarda Türkomaniya da adlandırılmışdır!

Bütün türk tarixi ilə bağlı Çin mənbələri çoxsaylı materiallar işləyiblər. Türkman etnonimi tarix səhnəsinə ilk dəfə VIII əsrdə çıxmışdır. Çin qaynağı “Türkman (Te-kü-monq) ölkəsi”ndən bəhs etmişdir. Ağadjanov, Toqan kimi müəlliflər yazırlar ki, “Türkman ölkəsi” daha geniş bir sahəni əhatə etmişdir

Sonda demək istəyirəm ki, türkman adı ilə islam dini arasında heç bir bağlılıq yoxdur. Superetnos olaraq oğuz-türkmənlərdən Səlcuqlu, Yağmurlu, Gökdaşlı, Qızıllı, Balxandağlı, Təkəli, Danişməndli, Qaramanlı, Ağqoyunlu, Qaraqoyunlu və s. kimi çoxsaylı ellər ortaya çıxdı ki, onlar da Azərbaycan tarixinin ən şərəfli səhifələrin yazıblar. Türkmənlərdə özlərinin əcdadları kimi Oğuzları götürürlər.

Ona görə bizim davamız Türkmən dövlətinin türk kimliyi əsasında qurulmasıdır İslam kimliyi əsasında deyil....

Zaur Əliyev, dosent

visiontv.az

 



Chosen
39
visiontv.az

1Sources