EN

Xalq artistinə TƏZYİQ: “Buna görə məni söyürlər”

“Sosial şəbəkələrdə məni söyürlər”.

Bunu Yenicag.az-a açıqlamasında Xalq artisti, tanınmış aktyor Qurban İsmayılov deyib.

“Vətəndaş A” serialında Hacı Əhməd obrazı ilə səs-küy yaradan aktyor obrazına olan tamaşaçı münasibətindən danışıb. Adətən, müsbət obrazları ilə sevilən aktyorun fərqli obrazı tamaşaçı tərəfindən birmənalı qarşılanmayıb. Qurban İsmayılov sosial şəbəkələrdə təzyiqə məruz qalıb:

“Adətən, məni müsbət obrazda görən tamaşaçı Hacı Əhməd obrazını birmənalı qarşılamadı. Sosial şəbəkələrdə məni söyürlər. Bunu da normal qarşılayıram. Hacı Əhməd də özümüzdür. İş adamıdır, o da pul qazanmaq istəyir. Amma mən aktyoram və mənim üçün obrazın müsbət, yaxud da mənfi olmasının fərqi yoxdur. Əsas odur, mənə həvalə olunan obrazın öhdəsindən gəlim”.

Cəvahir

Chosen
52
4
yenicag.az

5Sources