EN

Fərid Şəfiyev: Azərbaycanın Ermənistan Konstitusiyasına dair tələbi beynəlxalq təcrübədə yenilik deyil

“Rəsmi İrəvan bir tərəfdən Azərbaycana qarşı ərazi iddialarının olmadığını deyir, digər tərəfdən isə artıq fəaliyyət göstərməyən Minsk qrupunun qalmasında təkid edir”.

Bu sözləri jurnalistlərə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib.

O əlavə edib ki, Ermənistan tərəfinin bu məsələdəki mövqeyinə Azərbaycanın tutarlı cavabları var:

“Ermənistanın Azərbaycana ərazi iddiaları sülh sazişinin imzalanmasına böyük əngəllər törədir. Azərbaycan dəfələrlə Ermənistan Konstitusiyasına dəyişikliyin olması istiqamətində təkid edib. Ermənistan tərəfinin bu məsələdə tutduğu mövqeyə Azərbaycanın tutarlı cavabları var. Bizim Ermənistanın Konstitusiyasına dair tələbimiz beynəlxalq təcrübədə yenilik deyil. Avropada da bununla bağlı referendumlar keçirilib. Ermənistan hökuməti və xalqı bilməlidir ki, onların atdığı addımlar tutarlı deyil və hətta deyərdim ki, ikiüzlüdür. Rəsmi İrəvan bir tərəfdən deyir ki, Azərbaycana qarşı ərazi iddialarımız yoxdur, digər tərəfdən də artıq fəaliyyət göstərməyən Minsk qrupunun qalmasında təkid edir. Bunun arxasında ayrı məqsədlər dayanır”.

APA

Chosen
17
3
yenigundem.az

4Sources