Ərdoğan NATO-nun baş katibi ilə danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Türkiyə liderinin administrasiyasının bəyanatında öz əksini tapıb.
Məlumata görə, Ərdoğan Rutte ilə Suriyadakı vəziyyəti müzakirə edib və Ankaranın ölkənin terrordan azad edilməsinə yardım etməyə hazır olduğunu bəyan edib.
Ərdoğan Türkiyənin vətəndaş müharibəsinin başladığı ilk gündən Suriyanın ərazi bütövlüyünün və sabitliyinin qorunmasının tərəfdarı olduğunu bildirib.
Ərdoğanın həmçinin bildirib ki, Suriya Suriya xalqı tərəfindən idarə olunmalıdır.