EN

Türkiyə təyyarəsi Samarada məcburi eniş etdi

İstanbul-Kazan reysini həyata keçirən təyyarənin Samara aeroportuna məcburi enişi və Kazana reysin gecikməsi ilə əlaqədar prokurorluq sərnişinlərin hüquqlarına riayət olunmasına nəzarət edir.

Avtosfer.az xəbər verir ki, bu barədə Volqa Nəqliyyat Prokurorluğu Teleqram kanalında məlumat yayıb.

İlkin məlumata görə, dekabrın 10-da saat 02 radələrində İstanbul-Kazan marşrutu üzrə 427 saylı reyslə uçuş həyata keçirən Türk Hava Yollarına məxsus təyyarə əlverişsiz hava şəraiti ilə əlaqədar Samaradakı alternativ hava limanına enib:

“Bundan başqa, Türk Hava Yollarına məxsus 428 saylı Kazan-İstanbul reysi də təyyarənin gec gəlməsi səbəbindən Kazan hava limanında gecikib”.

Chosen
47
2
avtosfer.az

3Sources