EN

Əsəd rejimi BU SƏBƏBDƏN ÇÖKDÜ: “Suriyada yeni reallıqlar formalaşacaq”

“HTŞ-nin tək başına bu qədər dərin hesablamalar aparması mümkünsüzdür”.

Bunu Yenicag.az-a açıqlamasında Yaxın Şərqdə formalaşan yeni reallıqlar fonunda gələcəkdə baş verə biləcək proseslərdən danışan politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, 2023-cü ilin may ayında Əsəd Səudiyyə Ərəbistanında keçirilən Ərəb Liqası sammitinə dəvət edildi:

“Bu, həm ərəb dövlətlərinin, həm də Türkiyənin Əsədlə dialoq imkanlarının yaradılmasına hesablanmışdı. Lakin onlar Əsəd rejiminin bir il sonra devriləcəyini bilsələr yenə də dialoq istərdilərmi? Burada artıq işlər dəyişir. 53 illik Əsəd rejiminin bir neçə gün ərzində yıxılacağını öncədən ehtimal etmək qəliz məsələ idi. Ancaq İdlibdən başlayan proses cəmi 12 gün içində qələbə ilə nəticələndi. Ümumi yanaşsaq, burada, əslində, əvvəlcədən hesablanmış dərin analizlər mövcuddur. Hansı ki, Əsədin gücü, ictimai rəyin necə formalaşacağı, xalq və ordunun mümkün addımları, eləcə də Rusiya və İranın dəstəyi nəzərə alınmışdı. HTŞ-nin isə tək başına bu qədər dərin hesablamalar aparması mümkünsüzdür. İndidən sonra da addımlar məhz həmin analizlərin müəllifləri tərəfindən atılacaq. Yəni Suriyada öz maraqları daxilində yeni reallıqlar formalaşacaq”.

Nəsimi Ələsgərli

Chosen
41
yenicag.az

1Sources