Xəbər verdiyimiz kimi son günlər sosial şəbəkələrdə gömrük əməkdaşlarının maaşlarının verilməməsi ilə bağlı məlumatlar yayılır.

Yayılan məlumatlarda son üç ayda Dövlət Gömrük Komitəsinin əməkdaşlarının əmək haqları verilmədiyi bildirilir.

Aqat Təbii Daşlar
Aqat Təbii Daşlar
Aqat Təbii Daşlar

Məlumata görə, maaşlar ümumiyyətlə dekabr ayında da verilməyəcək. Bu səbəbdən artıq gömrük əməkdaşları arasında kütləvi narazılıq yaranıb, onlar problemlərin həlli üçün DGK rəhbərliyindən rəsmi cavab gözlədiklərini bildiriblər. Ümumiyyətlə isə dövlət büdcəsindən maliyyələşən gömrük əməkdaşlarının əmək haqlarının verilməməsi bir sıra korrupsiya, rüşvətxorluq hallarının yaranmasına gətirib çıxarda bilər.

Xatırladaq ki, Maliyyə Nazirliyinin ayırdığı vəsaitlər hesabına Komitə 2025-ci ilin yanvarın 31-nə qədər olan müddətdə heç bir gecikmə olmadan gömrük işçilərinin əmək haqları verə bilər. Bununla belə, DGK əməkdaşlarının əmək haqlarını artıq üç aydır vermir. DGK işçilərinin aylıq əmək haqları 12-13 milyon manat civarındadır. Bu isə ümumilikdə 40 milyon manata yaxın vəsait deməkdir.

Dövlət Gömrük Komitəsi isə mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlara dair hər hansı rəsmi açıqlama verməyib.

ETX
AzeriQaz
ETX
AzeriQaz
ETX
AzeriQaz