EN

Dünyanın ən çirkli havası olan şəhəri AÇIQLANDI

Banqladeşin paytaxtı Dəkkə şəhəri dünyanın ən çirkli havası olan şəhər seçilib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Hava Keyfiyyəti İndeksinin (AQI) məlumatlarına görə Banqladeşdə hava çirkliliyi insan həyatı üçün təhlükəli hesab edilən ölçüdədir.

Illik göstəriciyə görə paytaxt Dəkkədə qeydə alınan 241 AQI dəyəri ən yüksək göstərici sayılıb. 

Pakistanın Lahoru, Vyetnamın paytaxtı Hanoy və Hindistanın paytaxtı Yeni Dehli də müvafiq olaraq 219, 194 və 191 AQI ilə siyahıda ikinci, üçüncü və dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, daha əvvəl də Dəkkədə havanın keyfiyyətinin dünyada ən pis səviyyəyə çatdığı qeyd edilmişdi.
 
Cəmalə
Chosen
43
azxeber.com

1Sources