Suriyada Bəşər Əsəd administrasiyasının devrilməsindən sonra İsrail bu ölkəyə hava zərbələri endirməyə başlayıb.

İndex.az xəbər verir ki, İsrail ordusunun Əsədin devrilməsindən bu yana Suriya ərazisinə 300-dən çox hava hücumu təşkil etdiyi xəbərinin ardınca İsrailin Suriya ilə sərhəddəki Qolan təpələrindəki bufer zonanı keçərək Suriyaya daxil olub.

Üç təhlükəsizlik mənbəsi “Reuters”ə bildirib ki, İsrail ordusu bufer zonadan kənara çıxıb.

Agentliyə danışan suriyalı mənbə də iddia edib ki, ordu birlikləri bufer zonanı keçərək Dəməşqdən 22 kilometr uzaqlıqdakı Qətənə şəhərinə çatıb.

Lakin BBC-yə danışan adı açıqlanmayan ordu rəsmisi bu iddiaları təkzib edərək, hərbi qüvvələrin bufer zonanı tərk etmədiyini bildirib.

“Reuters” həmçinin İsrail ordusu sözçünün iddiaları təkzib etdiyini bildirib.

“Mətbuatda İsrail tanklarının Dəməşqə doğru irəlilədiyi iddiası yalandır. Əvvəllər bildirildiyi kimi, İDF qoşunları bufer zonada yerləşdirilib”, – o deyib.