EN

Prezident İlham Əliyev: Azərbaycan qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazırdır

Bakı. Trend:

Azərbaycan qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyihumanitar problemlərin aradan qaldırılmasına dəstək verməyəhazırdır.

Trend xəbərverir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti RəcəbTəyyib Ərdoğan ilə telefon danışığı zamanı deyib.

Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionunaaid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejimininçökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub.

Dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini,Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəkləriniifadə ediblər.

Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi iləSuriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunubildirərək Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqınınüzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstəkverməyə hazır olduğunu qeyd edib.

Prezident Rəcəb Təyyib Ərdoğan bütün sahələrdə olduğu kimiSuriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycanvə Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeydedib.

Chosen
29
49
az.trend.az

10Sources