Ermənistan elə bilir ki, dünyanı siyasi yalanlara inandırdığı kimi, iqtisadi yalanlara da inandıra bilər
Yeni ticarət yolunun işə salınması üçün Ermənistan, İran və Hindistanın iştirakı ilə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüş ləğv edilib. Ermənistanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, görüş hələ sentyabr ayında baş tutmalı imiş. Lakin İrandakı məlum hadisələr səbəbindən ləğv edilib.
Ermənistan multimodal sürətli marşrutun yaradılması ilə bağlı ilkin müzakirələri davam etdirir, lakin onun işə salınma müddəti hələ bəlli deyil.
"Ermənistanın Çabahar limanında iştirak formatı hələ də müzakirə olunur", - nazirlik qeyd edib.
"İranın cənub-şərqində yerləşən Çabahar əhəmiyyətli logistik potensiala malikdir və Ermənistan üçün xüsusi maraq kəsb edir. Lazımi infrastruktur tamamlandıqdan sonra bu liman erməni şirkətləri üçün əsas nəqliyyat mərkəzinə çevrilə bilər.
İqtisadiyyat nazirinin müavini başda olmaqla, Ermənistan nümayəndə heyətinin bu yaxınlarda İrana səfəri zamanı Ermənistan və İranın nəqliyyat şirkətləri arasında anlaşma memorandumu imzalanıb. Növbəti addım erməni şirkətlərinə limanda əməliyyat fəaliyyətinə başlamağa imkan verən müqavilənin bağlanması olacaq", - nazir deyib.
Qeyd edək ki, planlaşdırılan marşrutla Hindistan və Fars körfəzi limanlarından Avropaya və Aİİ-yə yüklərin Ermənistan və Gürcüstan üzərindən daşınması nəzərdə tutulur. Sxemə əsasən, Hindistanın Mumbay limanından yüklər Fars körfəsindəki Çabahar limanına (İranın Sistan və Bəlucistan ostanının cənub-şərqində yerləşən şəhər. Bu şəhər İranın yeganə okean limanıdır ki, Hind okeanı və Umman körfəzi sahillərində yerləşib), sonra quru yolla Ermənistana, daha sonra isə Gürcüstana nəql olunmalıdır. Gürcüstan limanlarından isə yüklər ya Bolqarıstan və Yunanıstana, ya da Yuxarı Lars sərhəd-keçid məntəqəsi vasitəsilə Rusiyaya çatırılmalıdır.
Göründüyü kimi, yüklərin sürətli daşınması Mumbay limanından Çapahar limanına maneəsiz və sürətlə çatdırıla bilir. Amma bu yüklərin dağlıq relyefə malik İran-Ermənistan sərhədındən keçərək Ğürcüstanın özünə və Yuxarı Lars keçid məntəqəsindən Rusiyaya ötürülməsi xeyli maneələrlə üzləşir. Məsələn, İran-Ermənistan sərhədini keçdikdən sonra yük maşınları 400 km uzunluğu olan yolda mövcud relyef şəraiti səbəbindən 20-30 km/saat sürətindən artıq sürət yığa bilməz. Yolun digər hissələrini də nəzərə alsaq, Çapahar limanından çıxan yük maksimum bir sutkaya Gürcüstana, növbəti sutka isə Yuxarı Lars keçid məntəqəsinə catacaq. Müzakirələrin getdiyi dövr qış mövsümünə düsdüyündən, hazırda Yuxarı Lars sərhəd-kecid məntəqəsi bağlıdır. Ermənistandan Rusiyaya gedən minlərlə yük və sərnisin avtomobilləri bir həftədən çoxdur ki, sözügedən məntəqədə keçidin açılmasını gözləyir. Buraya Hindistan və İrandan gələn yük masınlarını də əlavə etsələr, keçid növbəsi aylarla uzana bilər. Hələ yüklərin bu keçiddən sonra da min kilometrlərlə məsafə qət edəcəyini nəzərə alsaq, bu artıq, Ermənistanın dediyi kimi, multimodal sürətli yükdaşıma marşrutu olmur.
Digər tərəfdən, hazırda Gürcüstanın Qara dəniz limanlari o həcmdə yükötürmə qabiliyyətinə malik deyil. Ona görə də həmin limanların rekonstruksiyası və yük gəmilərinin icarəyə götürülmasi üçün milyardlarla dollar investisiya tələb edir. Bu imkan Ermənistanda yoxdur, İran və Hindistan isə gəlirsiz bir marşuruta bu qədər investisiya qoymaz.
Yəni yol uzundur, marşrut üzərində ciddi maneələr mövcuddur və böyük həcmdə investisiya yatırımına ehtiyac var. Bu isə ekspertlərin diqqətindən yayına bilməz.
Hər iki ölkənin siyasi rəhbərliyi Ermənistanın yalan dolu təqdimatına inanaraq, görüşün keçirilməsinə razılıq verib. Belə görüşlərdən əvvəl, sözsüz ki, razılaşdırılmalı olan məsələ ekspertlər səviyyəsində qiymətləndirilir və nəticələr siyasi rəhbərliyə təqdim edilir. Bu məsələ, yəni Ermənistan multimodal sürətli marşrut layihəsi ekspertlərin mənfi rəyini alıb. Ona görə də həm sentiyabr ayında, həm də indi görüş təxirə salınıb. Görüşün təxirə salınma səbəbinin İran-İsrail müharibəsi olması barədə məlumat yalnız Ermənistan mediasında yer alıb. Bu dezinformasiyadir, hər iki görüşün ləğv edilməsi müzakirə ediləcək məsələnin - multimodal sürətli marşrutun ekspertlər tərəfindən müsbət rəy ala bilməməsi ilə bağlıdır. Ermənistan elə bilir ki, dünyanı siyasi yalanlara inandırdığı kimi, iqtisadi yalanlara da inandıra bilər. Amma göründüyü kimi, yanılırlar, İran və onun havadarı olan Fransa Ermənistana siyasi bəyanatlarla dəstək verə bilər, amma onun iqtisadi uydurmalarına qol qoymaz. Çünki bu layihədə Ermənistandan basqa heç kimin qazancı yoxdur. Əslinə qalsa, heç Ermənistanın da bu layihədə qazancı ola bilməz. Çünki bu nəqliyyat dəhlizi ilə sahibkar bir dəfə yük göndərib ziyana düşəcək və ikinci partiya yüku artıq bu marşrutla göndərməyəcək. Beləliklə, Ermənistanın multimodal sürətli nəqliyyat marşrutunun "ölü doğulan" layihə olduğu bir daha təsdiqləndi.
Akif NƏSİRLİ