Böyük Britaniya məhkəməsi BBC-nin keçmiş xəbər aparıcısı Duncan Bartletti pedofiliya ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edib.
Musavat.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qeyd olunur ki, Bartlett uşaqlara qarşı cinsi xarakterli 35 cinayətdə təqsirli bilinib. İstintaqın məlumatına görə, jurnalist azyaşlıların nalayiq şəkillərini saxlayıb. Bundan əlavə, onun uşaqların cinsi istismarı ilə bağlı canlı yayımlara baxmaq üçün pul ödədiyi məlum olub.
Bartlett 2001-2015-ci illərdə BBC-də çalışıb. O, kanalın Tokiodakı müxbiri və eyni zamanda World Business Report xəbər proqramının aparıcısı olub.
Qeyd edək ki, Britaniyanın İTV kanalında yayımlanan “Bu səhər” verilişinin aparıcısı Cino D'Acampo cinsi qısnamada ittiham olunur. Aparıcıya qarşı İTV-nin əməkdaşlarından biri şikayət ərizəsi yazıb və D'Acamponun 5 ildir ki, ona sataşdığını bildirib.
Musavat.com