Ermənistan Konstitusiyasının heç bir müddəasında qonşu ölkələrə qarşı ərazi iddiaları yoxdur.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “X” səhifəsində yazıb.
“Ermənistan Konstitusiya Məhkəməsi sentyabrın 26-da öz qərarında qeyd edib ki, Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad yalnız bəyannamənin Konstitusiyanın maddələrində təsbit olunmuş müddəalarına aiddir”,-deyə Paşinyan qeyd edib.