EN

İsrail Suriyada irəliləyir: Bölgə daha böyük bir müharibənin astanasında...

"İsrail baş naziri Benyamin Netanyahu “Əsəd rejiminin süqutu İsrailin “Hizbullah”a və İrana zərbələrindən sonra mümkün oldu” dedikdə haqlı idi. “Hizbullah” zəifləməsəydi, Əsəd rejiminə ciddi dəstək verə bilərdi. İsrailin sonrakı addımları isə Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirə bilər".

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, İsrail ordusu Suriya ərazisində yeni mövqelərə doğru irəliləyib: "Netanyahu bu irəliləmənin müvəqqəti xarakter daşıdığını bildirib. Ancaq bu irəliləmə nə qədər “müvəqqəti” xarakter daşıyacaq? Suriyanın ərazi bütövlüyünün təmininə, sabitliyə və inkişafa ehtiyacı var. İsrail irəlilədiyi mövqelərdən geri çəkilməsə Suriyada qurulacaq yeni hakimiyyət bu dəfə İsraillə müharibəyə başlamaq məcburiyyətində qala bilər".

Politoloq vurğulayıb ki, bu bölgədə əvvəlkindən də ağır vəziyyət yaradacaq: "İsrailin siyasi mərkəzləri bölgədə kürd dövlətinin yaradılması planlarından da imtina etməlidirlər. Bu siyasət davam etdikcə, İsrailin Türkiyə və bölgənin digər dövlətləri ilə münasibətlərinin normallaşması çətinləşəcək. Yaxın Şərqdə sabitliyin bərqərarı İsrailin də maraqlarına cavab verməlidir ki, ərəb dövlətləri və Türkiyə ilə münasibətləri normallaşdıra bilsin".

Məğrur,

Sitat.info

Chosen
54
2
sitat.info

10Sources