Dənizkənarı Bulvar İdarəsinə məxsus "Dənizkənarı Milli Park" MMC ləğv olunduğunu elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 2A ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Dənizkənari Milli Park" 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə İlqar Cəbrayıl oğlu Sadıqovdur.
Bizim.Media