EN

Əsəd Moskvada necə yaşayacaq?

Suriyanın devrilmiş lideri Bəşər Əsədin Moskvaya sığınması və oradakı həyat tərzi geniş müzakirələrə səbəb olub.
OXU24.COM  xəbər verir ki, İngiltərənin Telegraph qəzetinin məlumatına görə, Əsəd və ailəsi Moskvada olduqca lüks bir həyat yaşayacaq.

Suriya Prezidenti Bəşər Əsəd, uzun illər repressiv rejimlə ölkəni idarə etmiş və ölkədəki vətəndaş müharibəsində yüz minlərlə insanın ölümünə görə ittiham olunmuşdu. Müxaliflərin Dəməşqi ələ keçirməsindən sonra o, Rusiyanın paytaxtı Moskvaya sığınıb.

Kremlindən verilən açıqlamada Prezident Vladimir Putin ilə Əsəd arasında görüş planının olmadığı bildirilib. Buna baxmayaraq, Əsədin Moskvada lüks şəraitdə yaşayacağı gözlənilir.

Əsədin sərvətinin 2 milyard dollar civarında olduğu təxmin edilir. Ailənin Moskvada və Londonda mülkləri olduğu qeyd olunur. Xüsusilə, Moskvada iki göydələnlik lüks bir kompleksdə 18 mənzilə sahib olduqları iddia edilir.

Bəşər Əsədin Moskvada həyat yoldaşı Əsma Əsəd və 21-24 yaş arası üç övladı ilə birgə olduğu güman edilir. Oğlu Hafiz Əsədin artıq Moskvada olduğu, hətta orada riyaziyyat doktoranturası ilə məşğul olduğu və lüks gecə həyatı ilə tanındığı bildirilir.

Chosen
54
1
oxu24.com

2Sources