Məşhur türkiyəli aktyor Kıvanç Tatlıtuğ uzun müddətdir ki, yemək bişirmək hobbisi ilə məşğuldur.
Publika.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat verib.
Məlumata görə, istedadlı aktyor İngiltərədə 3 aylıq kulinariya təhsilini başa vurub.
İndi o, İstanbulun Göktürk məhəlləsində restoran açmağa qərar verib.