EN

Bəşər Əsədin atasının məzarını darmadağın etdilər

Suriyada 61 illik hakimiyyətə son qoyan silahlı müxaliflər, Əsəd rejiminin tamamilə süqutunu elan etdilər.
 
Moderator.az musavat.com-a istinadən xəbər verir ki, ölkənin müxtəlif ərazilərində baş verən döyüşlərdən sonra 27 noyabrdan etibarən rejimə qarşı əməliyyatlara start verildi və 7 dekabr tarixinədək müxaliflər əsas şəhərlərdə, o cümlədən Şamda tam nəzarəti ələ aldılar. Bu proses nəticəsində rejimin lideri Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvaya qaçdı.
 
Ölkədə hakimiyyəti ələ keçirən müxalif qüvvələr təkcə rejimlə deyil, həm də onun simvolik məkanları ilə mübarizə aparır. Bu çərçivədə, keçmiş prezident Hafiz Əsədin Lazkiyədə yerləşən məzarı müxaliflər tərəfindən "ziyarət" olundu. İzdiham əvvəlcə üstünə çıxıb məzarı taptaladı, daha sonra isə dağıtdı. Nəticədə Hafiz Əsədin məzarı tamamilə darmadağın edildi. 
Chosen
35
1
moderator.az

10Sources