EN

Əsədin devrilməsi SEPAH-da qarşıdurmanı gücləndirdi

Bəşər Əsəd hökumətinin devrilməsindən hiddətlənən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirləri onun süqutunda və İranın regionda nüfuzunun itirilməsində bir-birini günahlandırırlar.

Axar.az xəbər verir ki, bu barədə Britaniyanın “Teleqraf” nəşri məlumat yayıb.

Qəzet iki SEPAH rəsmisinə istinad edərək yazır ki, heç kim bu məsələyə görə məsuliyyət daşımaq istəmir:

“İndi İranın hərbi hakimiyyət orqanları bu vəziyyətdən necə çıxacaqlarını düşünürlər. SEPAH-da bəzi insanlar baş verənlərə görə Qüds Qüvvələrinin komandanı İsmayıl Qaanini günahlandırır. Heç kim bunu onun özünə deməyə cəsarət etmir, ancaq reallıq budur ki, Qaani İranın maraqlarının itirilməsinin qarşısını almaq üçün heç bir iş görmədi və vəziyyəti yalnız Tehrandan izləməklə kifayətləndi”.

Chosen
22
1
axar.az

2Sources