EN

Neft hasilatı azalsa da, təbii qaz artıb

Azərbaycanda neft hasilatı azalıb.

Teleqraf.com Energetika Nazirliyinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-noyabr aylarında 26,5 milyon ton neft (kondensat ilə birlikdə) hasil edilib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.1 milyon ton azdır.

Ancaq təbii qaz hasilatı artıb. Bu ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 1.8 milyard kubmetr çox- 45.8 milyard kubmetr təbii qaz hasil edilib.

Bu ilin 11 ayında xaricə qaz satışı 22,9 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur. Avropaya 11,7 milyard kubmetr, Türkiyəyə 9 milyard kubmetr, Gürcüstana isə 2,2 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 5,1 milyard kubmetr qaz nəql olunub.


Müəllif: Teleqraf.com
Chosen
25
5
teleqraf.com

10Sources