EN

Universitetlərin reytinqlərini artırmaq üçün hansı yanaşmalar tətbiq olunmalıdır?

Bakı, 11 dekabr, AZƏRTAC

Universitetlərin inkişafını təmin etmək üçün idarəetmə səviyyəsində ölçülə bilən və obyektiv göstəricilərdən istifadə edilməlidir. Bu göstəricilər əsasında universitetlərin zəif və güclü tərəfləri müəyyənləşdirilməli və buna uyğun strategiyalar hazırlanmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumunda deyib.

Nazir bildirib ki, tədqiqat fəaliyyəti üzrə indikatorlar artırılmalı və universitetlər tədqiqat-mərkəzli yanaşmaya keçməlidir: “Universitetlərin reytinqlərini artırmaq üçün emosional deyil, analitik və rasionallığa əsaslanan yanaşmalar tətbiq olunmalıdır. Xarici tələbə və müəllimlərin cəlb olunması üçün daha əlverişli mühit yaradılmalıdır. Tədqiqat və təhsil resursları daha effektiv idarə olunmalıdır. Alimlərin fərdi fəaliyyətləri universitetlərin ümumi göstəricilərinə daha çox inteqrasiya olunmalıdır. Bu yanaşmalar həm yerli universitetlərin beynəlxalq səviyyədə mövqeyini gücləndirə bilər, həm də Azərbaycanın elmi və təhsil sisteminə müsbət təsir göstərə bilər”.

Chosen
35
azertag.az

1Sources