EN

Ərdoğan Suriyanın bütövlüyünü şərt qoyur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Olaf Şoltz Suriyadakı vəziyyəti müzakirə ediblər. 

“Cebheinfo.az” “Yeni Safak”-a istinadən xəbər verir ki, liderlər arasında telefon danışığı baş tutub. Türkiyənin Kommunikasiya Müdirliyinin məlumatına görə, telefon danışığı zamanı Ərdoğan və Şolz Suriyadakı son prosesləri müzakirə ediblər. Ərdoğan Ankaranın yeni Suriya və Suriyanın ərazi bütövlüyü, suverenliyi və birliyi üçün səylərini artıracağını vurğulayıb. 

“Prezident Ərdoğan ölkədəki vətəndaş müharibəsi səbəbindən evlərindən didərgin düşmüş suriyalıların geri qayıtması üçün lazımi və yetərli şəraitin yaradılmasının Türkiyənin prioriteti olduğunu bəyan edib”, - deyə məlumatda bildirilir. 

Qeyd edək ki, noyabrın 27-də rejim əleyhdarı olan silahlı birləşmələr Əsəd rejimi qüvvələrinə qarşı genişmiqyaslı hücumlara başladılar. Son on günlük toqquşmalar nəticəsində müxalif qüvvələr Suriyanın Hələb, Həma, Homs və bir sıra şəhərlərini, o cümlədən paytaxt Dəməşqi nəzarətə götürüblər. 

Bu hadisələrin cərəyan etdiyi bir zamanda Suriyanın sabiq prezidenti Bəşər Əsəd və ailəsi ölkəni tərk edib və Rusiyaya sığınıb. Nəticə etibarı ilə Suriyada əlli illik rejim çöküb. 

Chosen
26
43
cebheinfo.az

10Sources