EN

Üzüm şərabının istehsalında artım qeydə alınıb

Bu ilin yanvar-oktyabr aylarında ölkədə 1038,7 min dekalitr (dkl) üzüm şərabı istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 5,1 faiz və ya 50,7 min dkl artıb.

Cari ilin sentyabr ayı ilə müqayisədə isə oktyabrda istehsal həcmində 4,3 faiz və ya 3,2 min dkl artım qeydə alınıb. Oktyabr ayında 76,8 min dkl şərab istehsal olunub. Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı isə 670,7 min dkl təşkil edib.

Chosen
19
vergiler.az

1Sources