EN

Bu məhsullar BAHALAŞDI

Uzun müddətdir bütün bazarlarda olduğu kimi tikinti bazarında da artım müşahidə olunur. Belə olduğu halda isə bu, əlbəttə, əmlak bazarına da öz təsirini göstərir. Reallığı nəzərə alsaq, görərik ki, tikinti materiallarının böyük bir hissəsi ölkəmizə xaricdən idxal olunur. Xarici bazardakı qiymət dəyişkənliyi isə bütün bu proseslərə təsir göstərir.

Milli Statistika Xidmətinin göstəricilərinə əsasən, keçən ilin müvafiq ayı ilə müqayisədə tikintinin dəyər indeksi 7.9 % artıb. İndeksin artımına daha çox tikinti sahəsində çalışan muzdlu işçilərin orta aylıq nominal əməkhaqqının 29.7 % və tikinti materiallarının 3.8 % bahalaşması səbəb olub, bu da müvafiq olaraq ümumi indeks dəyişikliyinə 4.59 və 2.29 % bəndi töhfə verib. Bununla yanaşı, 2022-ci ilin fevral ayı ilə müqayisədə tikintinin dəyər indeksi 19.7 % artıb.

Maraqlıdır, bahalaşmaya səbəb nədir? Bu özünü əmlak bazarında necə büruzə verir?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, ölkəmizə tikinti materiallarının böyük bir hissəsi xaricdən gətirilir: "Azərbaycana ən çox da taxta materiallar xaricdən idxal olunur. Bu materiallar Rusiya və Belarusdan gətirilir. Xaricdən gətirildiyi üçün oradakı qiymət dəyişikliyi Azərbaycan bazarında da qiymətin artmasına səbəb olur". 

Ekspert deyir ki, bizim yerli istehsalımız yoxdur. Azərbaycanda təmir tikinti işləri də sürətlənib, Qarabağ üçün milyardlarla vəsait qoyulub. Orada təmir tikinti işləri aparılır. Tikinti materiallarına tələbat həddindən artıq yüksəlib. Buna təlabat artırsa, deməli qiymət də yüksəlir. İdxalda xaricdən asılı olmağımızı da bunun üzərinə gəldikdə qiymət artımı daha çox hiss olunur".

Chosen
50
operativmm.az

1Sources