EN

Ağ Evin sözçüsü: "2012-ci ildə Suriyada qaçırılan ABŞ-li jurnalisti tapmaq üçün türklərlə işləyirik"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ağ Evin sözçüsü Karin Jan-Pyer 2012-ci ildə Suriyada qaçırılan ABŞ-li jurnalist Ostin Taysın tapılması və evinə qayıtması istiqamətində Türkiyə ilə birlikdə çalışdıqlarını açıqlayıb.
Bu barədə Oxu.Az Sondakika.com-a istinadən xəbər verir.
Məlumata görə, Ağ Evin sözçüsü gündəlik mətbuat brifinqində Suriyadakı hadisələrlə bağlı qiymətləndirmələr edib. O, Suriyadakı keçid prosesi ilə bağlı baş verənləri yaxından izlədiklərini bildirib.
"Biz Suriya xalqına bu keçid prosesində əlimizdən gələn köməyi edir və həmçinin, vasitəçilər də daxil olmaqla, bütün Suriya qrupları ilə əlaqə saxlayırıq", - deyə o qeyd edib.
Eyni zamanda, Karin Jan-Pyer Bayden Administrasiyasının 2012-ci ildə Suriyada qaçırılan ABŞ-li jurnalist Ostin Taysın tapılması və azad edilməsi üçün əlindən gələni etdiyini, bu məsələnin onlar üçün mühüm prioritet olduğunu vurğulayıb.
"Siz bunu prezidentdən eşitdiniz, Taysın sağ olduğuna ümid edirik. Onun tapılması və evə qayıtması üçün türklərlə və başqaları ilə birlikdə çalışırıq", - deyə o əlavə edib.
Xatırladaq ki, sərbəst jurnalist kimi Suriya vətəndaş müharibəsini işıqlandıran Ostin Tays 2012-ci il avqustun 14-də Dəməşq yaxınlığındakı nəzarət-buraxılış məntəqəsində qaçırılıb. Bir müddət sonra Taysın gözləri bağlı şəkildə silahlı və naməlum qrup tərəfindən saxlanıldığını əks etdirən video yayımlanıb, lakin bu günə qədər heç bir qrup onun qaçırılmasına görə məsuliyyəti öz üzərinə götürməyib.
Chosen
80
23
oxu.az

10Sources