EN

Cənubi Koreya Prezidentinin həbsinə İCAZƏ VERİLDİ

Cənubi Koreyanın hüquq-mühafizə orqanları prezident Yun Sok Yolun həbsinə icazə verib.

 

Sfera.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

 

Cənubi Koreyada yüksək vəzifəli məmurların işlərinə dair korrupsiya əleyhinə istintaq idarəsinin rəisi O Don Un parlamentdə prezidentin həbs olunub-olunmayacağı barədə suala cavab verib:

 

"Biz istintaqı diqqətlə aparırıq və həbs məsələlərini nəzərdən keçiririk. Bu məsələdə niyyətlər kifayət qədərdir, lakin istintaqın öz proseduru və bununla bağlı digər məsələləri var. Biz də həmin işlərlə məşğuluq".

 

Məlumata görə, prezidentə qarşı qiyam şübhəsi ilə bağlı istintaqı polis, prokurorluq və antikorrupsiya qurumu aparır.

 

Xatırladaq ki, C.Koreya Respublikasının Prezidenti müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan edib. Dekabrın 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olunub. Nəticədə, dövlət başçısı təxminən 6 saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qalıb.

 

Firuzə Əliyeva

Sfera.az

Chosen
70
2
sfera.az

10Sources