Bakı. Trend:
İngiltərənin Vestminster Universitetinin iki tanınmış professoru– Memarlıq və Şəhərlər Məktəbinin rəhbəri Samir Pandya və həminuniversitetin kurs rəhbəri Nasser Golazarini Azərbaycan Memarlıq vəİnşaat Universitetinin (AzMİU) qonağı olub. Səfər AzMİU vəVestminster Universiteti arasında memarlıq abidələrinin bərpası vəyenidən qurulması üzrə magistratura səviyyəsində ikili diplomproqramı çərçivəsində həyata keçirilib.
Rəhbər heyətlə görüş: Əməkdaşlığın inkişafınayönəlmiş fikir mübadiləsi
Vestminster Universitetinin nümayəndələri AzMİU-nun rektoruprofessor Gülçöhrə Məmmədova ilə görüş keçiriblər. GörüşdəAzMİU-nun Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev vəMemarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasınınmüəllimi Aygün İmanova da iştirak ediblər.
Tərəflər mövcud əməkdaşlığın vəziyyətini və gələcəkperspektivlərini geniş müzakirə ediblər. İngiltərənin professorlarıhər iki universitetin elmi-tədqiqat sahələrində birgə layihələrinhəyata keçirilməsi, tələbə və müəllim mübadiləsinin təşkili vəmüasir tədris metodlarının tətbiqi ilə bağlı dəyərli təkliflərirəli sürüblər.
Rektor AzMİU-nun beynəlxalq tərəfdaşlıq əlaqələrinişaxələndirmək istiqamətində atılan addımları yüksəkqiymətləndirərək universitetin gələcəkdə daha böyük akademikuğurlara nail olması üçün bu əməkdaşlıqları davam etdirməyə hazırolduğunu bildirib.
Rektor həmçinin, qonaq professorların tələbələrə təşkiletdikləri mühazirə və praktiki dərslərin onların akademik inkişafıüçün əhəmiyyətini vurğulayıb.
Tələbələrə dəstək: Təlimlər və yaradıcılıqimkanları
Vestminster Universitetinin qonaq professorları AzMİU-nunMemarlıq fakültəsinin tələbələrinə “Şəhərin yenidən oxunması vəhəssas şəkildə yenidən qurulması” mövzusunda mühazirə oxuyublar.Bundan əlavə, onlar III və IV kurs bakalavr tələbələri üçünpraktiki dərslər (vörkşoplar) təşkil ediblər. Tələbələr budərslərdə portfolioların hazırlanması və beynəlxalq standartlarauyğun yaradıcılıq işlərinin hazırlanması ilə bağlı dəyərli biliklərəldə ediblər.
RIBA akkreditasiyası: Beynəlxalq standartlara uyğuntəhsil
Görüş zamanı Vestminster Universitetinin nümayəndələri AzMİU-nunMemarlıq fakültəsinin RIBA-nın (Royal Institute of BritishArchitects) ikinci mərhələsi (Part 2) akkreditasiyasından keçməsiüçün dəstək göstərməyə hazır olduqlarını bildiriblər. Buakkreditasiya AzMİU-nun tədris proqramlarının beynəlxalqstandartlara uyğun olduğunu təsdiqləyəcək və məzunların qlobalmemarlıq sahəsində karyera imkanlarını genişləndirəcək.
Gələcək planlar: Dayanıqlı əməkdaşlıq və birgəlayihələr
Bu səfər AzMİU və Vestminster Universiteti arasında əməkdaşlığındaha da dərinləşməsinə şərait yaradıb. Hər iki universitet tələbəvə müəllim heyəti arasında bilik və təcrübə mübadiləsinigücləndirmək, birgə tədqiqatlar və təhsil proqramları həyatakeçirmək üçün əməkdaşlıq etmək niyyətini ortaya qoyublar.
Bu cür tərəfdaşlıq Azərbaycanın təhsil sisteminin beynəlxalqstandartlara uyğunlaşmasına töhfə verməklə yanaşı, ölkənin memarlıqsahəsində dayanıqlı inkişafını dəstəkləyəcək.