EN

AzMİU ilə Vestminster Universiteti arasında əməkdaşlıq: Memarlıq təhsili üzrə yeni mərhələ

İngiltərənin Vestminster Universitetinin iki tanınmış professoru – Memarlıq və Şəhərlər Məktəbinin rəhbəri Samir Pandya və həmin universitetin kurs rəhbəri Nasser Golazarini Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. Səfər AzMİU və Vestminster Universiteti arasında memarlıq abidələrinin bərpası və yenidən qurulması üzrə magistratura səviyyəsində ikili diplom proqramı çərçivəsində həyata keçirilib.


Universitetdən AzEdu.az-a bildirilib ki, rəhbər heyətlə görüş: Əməkdaşlığın inkişafına yönəlmiş fikir mübadiləsi
Vestminster Universitetinin nümayəndələri AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova ilə görüş keçiriblər. Görüşdə AzMİU-nun Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev və Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müəllimi Aygün İmanova da iştirak ediblər. Tərəflər mövcud əməkdaşlığın vəziyyətini və gələcək perspektivlərini geniş müzakirə ediblər. İngiltərənin professorları hər iki universitetin elmi-tədqiqat sahələrində birgə layihələrin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsinin təşkili və müasir tədris metodlarının tətbiqi ilə bağlı dəyərli təkliflər irəli sürüblər.


Rektor AzMİU-nun beynəlxalq tərəfdaşlıq əlaqələrini şaxələndirmək istiqamətində atılan addımları yüksək qiymətləndirərək universitetin gələcəkdə daha böyük akademik uğurlara nail olması üçün bu əməkdaşlıqları davam etdirməyə hazır olduğunu bildirib. Rektor həmçinin, qonaq professorların tələbələrə təşkil etdikləri mühazirə və praktiki dərslərin onların akademik inkişafı üçün əhəmiyyətini vurğulayıb. Tələbələrə dəstək: Təlimlər və yaradıcılıq imkanları Vestminster Universitetinin qonaq professorları AzMİU-nun Memarlıq fakültəsinin tələbələrinə “Şəhərin yenidən oxunması və həssas şəkildə yenidən qurulması” mövzusunda mühazirə oxuyublar. Bundan əlavə, onlar III və IV kurs bakalavr tələbələri üçün praktiki dərslər (vörkşoplar) təşkil ediblər. Tələbələr bu dərslərdə portfolioların hazırlanması və beynəlxalq standartlara uyğun yaradıcılıq
işlərinin hazırlanması ilə bağlı dəyərli biliklər əldə ediblər.


RIBA akkreditasiyası: Beynəlxalq standartlara uyğun təhsil Görüş zamanı Vestminster Universitetinin nümayəndələri AzMİU-nun Memarlıq fakültəsinin RIBA-nın (Royal Institute of British Architects) ikinci mərhələsi (Part 2) akkreditasiyasından keçməsi üçün dəstək göstərməyə hazır olduqlarını bildiriblər. Bu akkreditasiya AzMİU-nun tədris proqramlarının beynəlxalq standartlara uyğun olduğunu təsdiqləyəcək və məzunların qlobal
memarlıq sahəsində karyera imkanlarını genişləndirəcək. Gələcək planlar: Dayanıqlı əməkdaşlıq və birgə layihələr Bu səfər AzMİU və Vestminster Universiteti arasında əməkdaşlığın daha da dərinləşməsinə şərait yaradıb. Hər iki universitet tələbə və müəllim heyəti arasında bilik və təcrübə mübadiləsini gücləndirmək, birgə tədqiqatlar və təhsil proqramları həyata keçirmək üçün əməkdaşlıq etmək niyyətini ortaya qoyublar.

 

Bu cür tərəfdaşlıq Azərbaycanın təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşmasına töhfə verməklə yanaşı, ölkənin memarlıq sahəsində dayanıqlı inkişafını dəstəkləyəcək.

Chosen
26
3
azedu.az

5Sources