EN

Qanunsuz tikililərlə bağlı təftiş prosesi Taleh Bəşirovu bitirir - İLGİNC İDDİA

QanunsuzQanunsuz tikililərlə bağlı təftiş prosesi Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri, bu qurumun qara yarası hesab edilən Taleh Bəşirovu bitirməkdədir. Buna səbəb paytaxt ərazisində Prezident Administrasiyası tərəfindən aparılan yoxlamalar zamanı aşkar edilən çoxsaylı qanunsuzluqlarınbir çoxunun bilavasitə Taleh Bəşirovla əlaqədar olmasıdır.Mötəbər mənbənin gundemxeber.az-a verdiyi məlumata görə təftiş prosesi zamanı bəlli olub ki, qanunsuz tikililərin aparıldığı ərazilərin bir qismi heç bir hüquqi əsas olmadan Taleh Bəşirov tərəfindən tikinti sahiblərinin adına rəsmiləşdirilib. Ən tragekomik məqam isə ondan ibarətdir ki, bu ərazilərin çoxu SOCAR, ADDY və digər rəsmi qurumlara məxsusdur və bu ərazinin kiminsə adına rəsmiləşsirilməsi yolverilməzdir. Ancaq buna baxmayaraq dövlət torpaqlarının “köhnə qənimi” olan Taleh Bəşirov bu əraziləri müxtəlif məmurların adına rəsmiləşdirməklə “qaz vurub qazan doldurub”. Taleh Bəşirov müxtəlif qurumlara məxsus torpaqları, eləcə də uçqun ərazilərdəki torpaq sahələrini dədə-baba malı kimi satmaqla özünə və yaxınlarına “gün ağlayıb”. Amma görünən odur ki, illərdir ki, özünə gün ağlayan Taleh Bəşirovun özünün də ağlar günə qalacağı gün uzaqda deyil. Artıq məlum qanun pozuntuları ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq sorğular təqdim edilib və işlə bağlı rəsmi araşdırmaya start verilib. Bu araşdırmanın sonunda Taleh Bəşirovun rahat kreslosunu həbsxana kamerasına dəyişmək məcburiyyətində qalması ehtimalı böyükdür.

Chosen
34
yenisoz.az

1Sources