EN

"Ağızlarına nə gəldi, oxuyurlar" - Əli Mirəliyevdən sərt TƏNQİD

Son illər musiqi dünyamıza xeyli yeni sima gəlib. Onlar qısa müddətdə özlərini ölkədə tanıda biliblər. Elə müğənni Samir Piriyev də toylarda fonoqram ifa edənlərin canlı oxuyan müğənnilərdən daha çox qazandığını deyib. Onun sözlərinə görə, əsl sənətkar, illərlə təcrübəsi olan, konservatoriya, filarmoniya bitirənlərin hamısı bir kənarda qalıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan müğənni Əli Mirəliyev bildirdi ki, indiki oxuyanlar mahnıları "ciblərində gəzdirirlər".

"Samirin fikrinə qatılıram. Özüm də illərdir bunu deyirəm. İndiki müğənnilər mahnını ciblərində gəzdirirlər. Musiqi cibdə olmur, nəfəs, arzuda olur. Fonoqram mahnı yazdırıb oxumağa nə var? Canlı oxu görüm, öhdəsindən gələ biləcəksən, ansamblla bir yerdə nizamlaya biləcəksən?"

Müğənni qeyd etdi ki, indi bir çox müğənni fərqli mahnıların sözlərini dəyişərək, yenidən ifa edir.

"Ağızlarına nə gəldi, oxuyurlar. Son vaxtlar ancaq elə İran mahnılarının sözlərini dəyişib yenidən oxuyurlar. Oxuya bilmirsinizsə, canlı ifa edə bilmirsinizsə, səsinizin gücü yoxdursa, oxumayın. Elə fonoqram oxuyub pul qazanırlar. Çünki canlı ifa çətindir. Hər gün sən canlı ifa oxuya bilməzsən. Səs batır, üç gün, dörd gün ard-arda oxuyanda səs yorulur. Ona görə də onu ustalıqla işlətmək lazımdır ki, səsi onu idarə etsin. Bunlar bu gün fonoqrama hesabına aləmi qatıblar bir-birinə, efirləri toy bazarı ediblər", - deyə Əli Mirəliyev bildirdi.

Türkan İSGƏNDƏRLİ

Chosen
38
redaktor.az

1Sources