EN

Radioyayım şəbəkəsinin genişlənməsi: Fasiləsiz yayım üçün yeni avadanlıqlar quraşdırılıb

Prezident İlham Əliyevin 24 iyul 2023-cü il tarixli "Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında" sərəncamı əsasında, radioyayım şəbəkəsi genişləndirilmiş, təkmilləşdirilmiş və yayım infrastrukturu müasirləşdirilmişdir.

Fins.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Respublikasında radioyayımın dünəni, bu günü və sabahı" mövzusunda keçirilən seminarda məlumat verilib. Layihənin əsas məqsədi əhalinin milli radiolara daha yüksək əlçatanlığını təmin etməkdir. Həmçinin, özəl yayımçılara dövlət dəstəyi göstərilməsi və yeni texnologiyaların tətbiqi ilə eyni radioproqramların müxtəlif ərazilərdə fasiləsiz qəbulunun təmin edilməsi nəzərdə tutulub.

Görülən işlər arasında 176 ədəd FM radioyayım ötürücüsünün, 60 dəst anten sisteminin, 48 dəst cəmləmə qurğusunun, 44 ədəd RDS qurğusunun və digər avadanlıqların quraşdırılması yer alır. Bundan əlavə, fasiləsiz enerji təminatı üçün zəruri infrastruktur yaradılmış və elektrik veriliş xətləri çəkilmişdir. Transformatorlar, generatorlar, UPS və digər avadanlıqlar quraşdırılmışdır. Mövcud yayım stansiyalarının maddi-texniki bazası da yaxşılaşdırılmış və lazımi təmir işləri həyata keçirilmişdir. Havalandırma və avadanlıqların məsafədən idarə edilməsi sistemləri qurulub.

Chosen
55
fins.az

1Sources