EN

Kral III Çarlzdan Şahzadə Uilyama evliliyi ilə bağlı vacib məsləhət: "Mən etdim, sən etmə"

Böyük Britaniya Kralı III Çarlz böyük oğlu Şahzadə Uilyama mühüm məsləhətlər verib.

Bu barədə "New York Post" nəşri məlumat verib.

Krallığın eksperti və yazıçı İnqrid Styuard bildirib ki, monarx varisini özünün evlilikdə etdiyi səhvləri təkrarlamamağa və ailəsinə daha çox vaxt ayırmağa çağırıb.

"Qulaq as, Uilyam, sənin ailəndən daha vacib heç nə yoxdur. Mənim etdiyim səhvləri təkrar etmə. Mən, sadəcə, öz vəzifəmi yerinə yetirirdim. Mən öz evliliyimə etinasız yanaşdım və gör nə baş verdi", - deyə III Çarlz oğluna tövsiyə edib.

Xatırladaq ki, martın 22-də Şahzadə Uilyamın həyat yoldaşı Keyt Middlton profilaktik kimyaterapiyanın ilkin mərhələlərini keçdiyini açıqlayıb. O bildirib ki, qarın boşluğu əməliyyatından sonra edilən testlər zamanı onda xərçəng aşkarlanıb.

Sentyabrın 9-da isə müalicəsinin başa çatdığını elan edib. O, son doqquz ayın inanılmaz dərəcədə çətin keçdiyini qeyd edib. Keyt Middltonun sözlərinə görə, o, hazırda diqqətini remissiyanın mümkün qədər uzun müddət davam etməsi üzərində cəmləşdirib.

Bu yaxınlarda isə Şahzadə Uilyamın kimyaterapiyadan sonra həyat yoldaşının vəziyyəti barədə narahatlıq keçirdiyi ilə bağlı xəbərlər yayılıb.

Chosen
24
1
qaziler.az

2Sources