EN

Tehranda məktəblər və ofislər bağlandı

İranın paytaxtı Tehranda havanın kəskin çirklənməsi hökuməti məktəbləri və ofisləri bağlamağa məcbur edib.

"Unikal" xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb. 

Tehran vilayəti qubernatorunun müavini Mir Məhəmməd Qaravi bildirib ki, ölkənin bir çox digər böyük şəhərlərində olduğu kimi çərşənbə və cümə axşamı İran paytaxtında da məktəblər və universitetlər, eləcə də dövlət idarələri bağlanacaq. 

Paytaxt Tehran yaxınlığındakı Kərəc kimi bəzi böyük şəhərlərdə havanın çirklənməsi məktəblərin bağlanmasına və dərslərin onlayn keçirilməsinə səbəb olub.

Həmçinin, idman tədbirləri də ləğv edilib.

Chosen
67
unikal.az

1Sources