EN

UNESCO-nun Barselona forumunda Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyası təqdim edilib

Qərbi Azərbaycan İcmasının yeddi dildə hazırlanmış Qayıdış Konsepsiyası UNESCO-nun İrqçiliyə və Ayrı-seçkiliyə qarşı IV Qlobal Forumunda yüksək vəzifəli rəsmilərə təqdim edilib.

Qərbi Azərbaycan İcmasından "Report"a verilən məlumata görə, dekabrın 9-11-də İspaniyanın Barselona şəhərində UNESCO-nun İrqçiliyə və Ayrıseçkiliyə qarşı IV Qlobal Forumunda Azərbaycanı Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, deputat Məlahət İbrahimqızı təmsil edib.

Məlahət İbrahimqızı “Qadın Liderliyi: Gender əsaslı dayanıqlı cəmiyyətlər naminə” adlı sessiyada “Dayanıqlı və tolerant cəmiyyətlər naminə qaçqın qadınların səlahiyyətləndirilməsi” mövzusunda çıxış edib. Deputat qadın hüquqlarının müdafiəsi sahəsində Azərbaycanda həyata keçirilən dövlət siyasəti, mövcud hüquqi çərçivə, qadınların sosial-iqtisadi layihələrdə iştirakı, qadın sahibkarlığının inkişaf etdirilməsi barədə məlumat verib.

Deputat həmçinin sessiya iştirakçılarına 1987-91-ci illərdə Ermənistandan öz tarixi yurdlarından deportasiya edilmiş üç yüz min azərbaycanlıya, eləcə də qaçqın Azərbaycan qadınlarına beynəlxalq təşkilatlar tərəfindən bu günə qədər laqeyd münasibət göstərildiyini qeyd edib.

M.İbrahimqızı Qərbi azərbaycanlıların sülh yolu ilə, ləyaqətli şəkildə qayıdışının vacibliyini vurğulayaraq qaçqın qadınların reinteqrasiya hüququ haqqında maarifləndirilməsinin, xüsusilə Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasının həyata keçirilməsində UNESCO kimi beynəlxalq təşkilatların dəstəyinə və əməkdaşlığına böyük ehtiyacın olduğunu bildirib.

Chosen
32
7
demokrat.az

10Sources