EN

Bu qarışıqlardan istifadə etməyin! - TƏHLÜKƏLİDİR (VİDEO)

Bu qarışıqlardan istifadə etməyin! - TƏHLÜKƏLİDİR (VİDEO)

Sosial şəbəkələrdə müxtəlif vasitələrlə dərman məhlullarının hazırlanması ilə bağlı paylaşlımlar edilir.

Qlobal.net Xəzər TV-yə istinadən bildirir ki, bal, limon, zəncəfil, sarımsaq, soğan, qoz və bir sıra məhsullardan hazırlanan bu vasitələrin soyuqdəymə, qrip və boğaz ağrısına qarşı effektiv olduğu iddia edilir. Xüsusilə də uşaqlar üçün bu qarışıqların faydalı olduğu vurğulanır. Ancaq hazırlanan qarışığın nə dərəcədə təhlükəsiz olduğu suallar doğurur.

Mütəxəssislər bununla bağlı xəbərdarlıq edir. Həkim məsləhəti olmadan bu cür vasitələrdən istifadə ciddi fəsaslara səbəb ola bilər.

Tibb üzrə ekspert Qalib Əsədovun sözlərinə görə, belə məhsulları hazırlayıb satışını hətaya keçirənlər daha çox heç bir tibbi məlumatı, təhsili olmayan şəxslərdir. Gün ərzində bir çox insan bu cür qarışıqları qəbul edərək ya

Qalib Əsədov deyir ki, belə vasitələrdən istifadə əsassızdır. Belə məlumatların tibbi nəzarət olmadan yayılması, müalicə proseslərinin səhv həyata keçirilməsinə və ya yan təsirlərin artmasına səbəb ola bilər.

Həkim pediatr Sevinc Tağıyeva da deyir ki, mürəkkəb tərkibli vasitələr heç bir halda uşaqlara verilməməlidir.


Chosen
32
2
qlobal.net

6Sources