EN

Sərvəti 400 milyard dolları keçən adam... – Maskın xoruzu da qızıl yumurtlayır

Amerikalı biznesmen İlon Mask planetdə sərvəti 400 milyard dolları keçən ilk insan olub.

Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Billionaires Index”in məlumatına görə, yeni rekord Maskın özəl şirkəti SpaceX-in sərvətini 50 milyard dollar artıraraq 439,2 milyard dollara çatması ilə əldə edilib.

2022-ci ilin sonunda Maskın sərvəti 200 milyard dollar azalmışdı. Son aylarda isə sahibkarın maliyyə artımı xüsusilə güclü olub.

Mütəxəssislər hesab edirlər ki, bu artıma Donald Trampın noyabrda prezident seçkilərində qələbəsi yeni təkan verib. Maskın sahibi olduğu “Tesla” holdinqinin səhmlərinin qiyməti də 65% artıb.

Bundan əlavə, Maskın süni intellektli startap xAI-nin dəyəri seçkidən sonra iki dəfə artaraq 50 milyard dollara çatıb.

Sahibkar həm də ona Ağ Evə birbaşa giriş imkanı verəcək yeni ABŞ-nin hökumət aparatının həmsədri kimi Tramp administrasiyasında əsas rol oynayacaq.

SpaceX bu həftə işçilərin və digər insayderlərin səhmlərini geri almaq üçün 1,25 milyard dollarlıq müqaviləni tamamlayıb və şirkətin dəyərini 350 milyard dollara çatdırıb və onu dünyanın ən dəyərli özəl şirkəti edib.

Musavat.com

Chosen
22
musavat.com

1Sources