EN

Blinkendən sonra Leyen də Ankaraya gələcək: Ərdoğanla bu məsələni danışacaqlar

Avropa Şurası xüsusilə suriyalıların ölkələrinə qayıtması üçün bölgəni yaxından izləyir. Məlumata görə, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ankaraya gələcək.

Publika.az xəbər verir ki, son proseslərdə Türkiyənin bölgədəki əhəmiyyəti daha da artıb. Proses başlayandan bəri Tükiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan mühüm telefon diplomatiyası aparırlar. Telefon danışıqlarından sonra ziyarətlər olacaq.

Ursula fon der Leyen Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gələcək. Görüşün gələn həftə baş tutacağı gözlənilir.

Leyen planlaşdırılan səfəri ilə bağlı açıqlama yayıb: “Rəcəb Tayyib Ərdoğanla Suriyadakı vəziyyətlə bağlı hərtərəfli danışdıq. Suriyanın ərazi bütövlüyü və azlıqların qorunmasına ehtiyac var”.

Türkiyə görüşlərdə Suriyanın terror ünsürlərindən təmizlənməsi, birliyinin təmin edilməsi, ərazi bütövlüyünün qorunması, bütün suriyalıların etnik və dini mənsubiyyətləri ilə birlikdə Suriya xalqına gələcəkdə də güclü dəstəyini davam etdirəcəyinə diqqət çəkir. Suriyalıların təhlükəsiz və könüllü şəkildə ölkələrinə qayıtmaları üçün prosesin planlaşdırıldığı, Suriyanın yenidən qurulması işlərinin qayıdışı sürətləndirəcəyi vurğulanır.

Chosen
35
publika.az

1Sources