EN

Qazaxıstanda ümummilli liderin anım tədbiri keçirildi – FOTOLAR

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Azərbaycanın Qazaxıstandakı səfirliyində ümummilli lider Heydər Əliyevin anım tədbiri keçirilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, diaspor nümayəndələrinin də iştirak etdiyi tədbirdə ulu öndərin xatirəsi anılıb, foyedəki büstünün önünə gül dəstələri qoyulub.

Səfir Ağalar Atamoğlanov ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaranmasında göstərdiyi əvəzsiz xidmətlərindən danışıb. Səfir vurğulayıb ki, məhz Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmiz parçalanmaqdan xilas olub, erməni qəsbkarlarının hücumu dayandırılıb. Ulu öndər ölkənin iqtisadi potensialını artırmaq üçün böyük islahatlar həyata keçirib, bir sıra sahələrdə mühüm nailiyyətlər əldə edilib.

Tədbirdə böyük öndərin həyat və fəaliyyəti, zəngin dövlətçilik təcrübəsi, Azərbaycanın rifahı naminə gördüyü işlər, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmlənməsi sahəsində fəaliyyəti haqqında geniş məlumat verilib.

Chosen
33
konkret.az

1Sources