EN

Bolqarıstan və Rumıniya Şengenin tamhüquqlu üzvləri oldu

Bolqarıstan və Rumıniya da quru yolu ilə Avropa İttifaqının Şengen vizasız səyahət zonasına qoşulub.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Aİ ölkələrinin daxili işlər nazirlərinin Brüsseldə keçirilən iclasında Bolqarıstan və Rumıniyanın quru yolu ilə Şengene daxil edilməsi qərara alınıb.

İki ölkə martın 31-də Aİ-nin dəniz və hava yolu ilə azad səyahət zonasına daxil edilib.

Qeyd edək ki, Bolqarıstan və Rumıniya Şengendə iştirakına görə sonuncu dəfə Hollandiya, Macarıstan və Avstriya tərəfindən bloklanıb.

Əli Hüseynov

Chosen
39
2
bakivaxti.az

10Sources